Bu ilin altı ayı ərzində sosial təminat üçün 2 milyard manatdan çox pul xərclənib.
Bu barədə 2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumatda deyilir.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-iyun aylarında sosial müdafiə və sosial təminat xərcləri 123,1 faiz icra edilməklə 2091,5 milyon manat təşkil edib.