“CoinDesk” platformasının sahibi “Bullish” kriptobirjasının səhmləri ABŞ-də ilk ticarət günündə 84% bahalaşıb. Bildirilir ki, debüt ticarət sessiyasının sonunda səhmlər 68 dollar dəyərində olub, “Bullish”in bazar kapitallaşması isə günün sonunda 9.94 milyard dollar təşkil edib.
“Bullish” şirkəti ABŞ-də IPO nəticəsində 1.1 milyard dollar toplayıb, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, “Bullish” biri 37 dollar qiymətinə 30 milyon səhm satıb. Şirkət əvvəlcə 28-31 dollar qiymət aralığında 20.3 milyon səhm satmağı planlaşdırsa da, sonradan IPO-nun həcmini artırıb.
Xatırladaq ki, “Bullish” hələ 2021-ci ildə birjaya çıxmaq istəyib. Lakin sövdələşmə 2022-ci ildə ABŞ-də faiz dərəcələrinin artması səbəbindən fond bazarının düşməsi fonunda baş tutmayıb. 2025-ci ilin iyun ayında “Bullish” ikinci dəfə IPO üçün müraciət edib.