13 C
Baku
Tuesday, October 14, 2025

Bulvarda attraksionlardan birdəfəlik istifadənin qiyməti neçəyə olacaq?

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan birdəfəlik istifadə üçün bilet qiyməti dörd manat təşkil edir.

Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Bildirilib ki, yeni attraksionlar – əvvəlki yerində fəaliyyətə başlayır. Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər tətbiq olunub.

“Kassa ilə yanaşı bilet terminalları da mövcuddur. Bu terminal vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək mümkündür. Attraksiondan yalnız boyu minimum 120 santimetr olan şəxslər istifadə edə bilərlər. Hamilə qadınlar, ürək, boyun və ya bel problemləri olan şəxslər, həmçinin başgicəllənmə və ya yırğalanma (kinetoz) narahatlığı olanlar və alkoqolun təsiri altında olan şəxslər attraksiona buraxılmır”, – qurumdan əlavə olunub.

Qeyd edilib ki, boyu 120 sm-dən aşağı olan şəxslərin attraksionlara minməyi qadağandır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər