21 C
Baku
Friday, September 30, 2022

“Bumble” xidmətinin qurucusu dünyanın ən gənc qadın milyarderi oldu

“Bumble” tanışlıq xidmətinin qurucusu və rəhbəri 31 yaşlı Uitni Vulf Hard dünyanın ən gənc qadın milyarderi olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Forbes USA”in verdiyi məlumata görə, “Bumble” xidmətinin səhmləri 76 dollara çatıb ki, bu da əvvəlki göstəricilərdən 77% çoxdur. Hal-hazırda Uitni Vulf “Bumble”da 1.6 milyard dollarlıq paya sahibdir, yəni şirkətin 11.6%-i (21.54 milyon səhm) ona məxsusdur.

Qeyd edək ki, Uitni Vulf “Tinder” tanışlıq xidmətinin həm həmtəsisçisi, həm də icraçı direktoru olub. 2014-cü ildə o, keçmiş müdirini təhdid etməkdə günahlandıraraq, məhkəməyə müraciət edib. “Tinder” bu iddiaları rədd edib və bir müddətdən sonra mübahisə öz həllini tapıb.

Həmin ildə Uitni “Bumble” üzərində işləməyə başlayır. “Tinder”dən fərqli olaraq, burada yalnız qızlar ünsiyyətə başlaya bilir. Xidmətin qurucuları sırasında həmçinin “Badoo”nun yaradıcısı, Rusiyanın milyarderi Andrey Andreyev da var.

2020-ci ildə Andreyev biznesdən çıxır. Bundan sonra Uitni Vulf “Bumble”in baş direktoru olur.

Son xəbərlər
Oxşar xəbərlər