Bundan sonra American Express emal edilmiş plastikdən  kart istehsalına başlayacaq

Şirkət emal edilmiş  plastikdən bank kartları buraxacaq

Tanınmış provayder emal edilmiş plastikdən kartların verilməsinə başlayacaq.

Dəniz mühitinin çirklənməsinə qarşı mübarizə üzrə ixtisaslaşan American Express Parley təşkilatları bu problemin geniş kütlələrə işıqlandırılması üçün birləşir. Ödəmə şirkəti okeandan çıxarılan və sahillərə atılan plastikdən hazırlanmış ilk Amex kartını təqdim etməyi planlaşdırır.

Hal-hazırda emal edilmiş okean plastikindən hazırlanan ilk American Express kartı prototipdir, bu kart sınaqdan keçiriləcək və təkmilləşdiriləcək. Belə kartların istifadəçilərə yaxın 12 ay ərzində veriləcəyi gözlənilir.

 

Bundan əlavə,  Amex bütün dünya üzrə fəaliyyətində birdəfəlik plastikdən istifadəni azaltmağı planlaşdırır. Xüsusilə, kompaniya hava limanlarında əsas Centurion ofis və zallarında birdəfəlik plastik trubka və qəhvə üçün nəzərdə tutulmuş qarışdırıcı çubuqların istifadəsini mərhələli şəkildə 30 gün ərzində dayandırmaq və ilin sonuna qədər tullantıların hərtərəfli azaldılması strategiyasını yaratmaq niyyətindədir.

Mənbə: psm7.com