17 C
Baku
Sunday, May 26, 2024

Bundesver dronların qarşısının alınması üçün əlavə avadanlıq almaq niyyətindədir

Almaniya silahlı qüvvələri Bundesver hədəfləri üzərində uçan dronların sayının artması ilə əlaqədar pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün nəzərdə tutulmuş əlavə radioelektron mübarizə cihazı almağı planlaşdırır.

Bu barədə “Der Tagesspiegel” qəzeti ölkənin təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, son aylarda Ukrayna hərbçilərinin təlim keçdiyi yerlərdə şübhəli dronların uçuşu qeydə alınıb. Almaniya Silahlı Qüvvələri “HP47” pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər