“Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib[ermənilər], onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib”.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyir.
“Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”.