27 C
Baku
Saturday, July 27, 2024

Bunun Azərbaycandan ixracı 123 milyon dollara çatıb

Yanvar-noyabr aylarında Azərbaycandan 99 288 ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 66 971.73 min ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 69 014 ton polipropilen ixrac edilib.

Hesabat dövründə ixrac edilən polipropilenin dəyəri isə 56 297.75 min ABŞ dolları olub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

Yanvar-noyabr aylarında Azərbaycandan 123 milyon 270 min dollarlıq polietilen və polipropilen ixrac edilib.
Son xəbərlər
Digər xəbərlər