Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Banker.az-ın məlumatına görə, deputatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qərar qəbul edəcəklər.
Bildirək ki, ötən gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda partiya növbədəkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verib. Bu partiyanı təmsil edən deputatlara da tövsiyə olunub ki, onlar parlamentin buraxılması ilə bağlı ölkə prezidentinə müraciət etsinlər.