24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

“Burger King” müştərilərinə kriptovalyuta hədiyyə edəcək

“Burger King” restoranlar şəbəkəsi ABŞ-dakı müştərilərinə kriptovalyuta hədiyyə edəcək.

Banker.az xəbər verir ki, şirkət “Robinhood” platforması ilə əməkdaşlıq edərək “Burger King’s Royal Perks” loyallıq proqramını işə salır.

Ümumilikdə restoran 20 bitkoin (Bitcoin), 200 efir (Ethereum) və iki milyon Dogecoin paylayacaq. Proqram üç həftə davam edəcək, “Burger King” tətbiqində beş min dollardan çox vəsait xərcləyən hər bir kəs yarışmada iştirak edə biləcək.

Sayt qeyd edir ki, istifadəçilərin əksəriyyəti Dogecoin (təxminən 0.27 dollar), loyallıq proqramının hər on min iştirakçısından biri Ethereum (təxminən 4.2 min dollar), yüz mində biri isə Bitcoin qazanacaq.

Hər iştirakçıya qalib olduqlarına dair təsdiq kodu göndəriləcək. Lakin hədiyyəni almaq üçün onlar “Robinhood” platformasında qeydiyyatdan keçməli olacaqlar.

Son xəbərlər
Oxşar xəbərlər
X