16 C
Baku
Monday, September 30, 2024

“Burger King” Rusiyada öz kriptovalyutasını buraxıb

Banker.az rus mətbuatına istinadən xəbər verir ki, Burger King Rusiyada şəxsi kriptovalyutası – vopperkoin-i buraxıb.

Kriptovalyuta Waves Blockchain platforması əsasında yaradılıb. Hazırda emissiya 1 milyard vopperkoin təşkil edir.

“Alınmış bir vopper üçün 1 vopperkoin hesablanır. Bu hələ ki, texniki olaraq bu cürdür: alıcı qəbzin skanını göndərir, şirkət isə onun rəqəmsal pulqabısına məbləğ köçürür” – şirkətdən bildirilib.

Qeyd edək ki, Burger King şirkəti daha əvvəl elan etdiyi məlumatda ödəniş vasitəsi olaraq Bitcoin qəbul etmək niyyətini bildirmişdi.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər