24 C
Baku
Tuesday, October 1, 2024

Burjua-lar kimlərdir?

Əvvəllər, yəni feodalizm dövründə əhalinin ümumi təbəqəsindən nisbətən fərqlənən şəhər əhalisini burjua adlandırırdılar. Alman dilində “burg” sözü qala şəhər mənasını ifadə edir. XI əsrə qədər şəhər və kənd əhalisi arasında fərq yox idi. Hər iki təbəqə senyorun idarəsi altında idilər. Lakin XI əsrdən başlayaraq şəhər cəmiyyətləri müstəqillik əldə etməyə başlayır və bir çox şəhərlər müstəqillik əldə edirlər. Bu zaman artıq onları senyor deyil, daha varlı və nüfuza sahib vəətndaşlar – tacirlər və gildiya rəhbərləri idarə edir.

Orta əsrlərin burjua dövlətlərinin tərkibinə həm varlı, həm kasıb ustalar, sex işçiləri, sələmçilər və onlardan asılı olan tacirlər daxil idi. Bu insanlar elit cəmiyyət ilə işçi sinfi arasında bir təbəqə idilər. Şəhər əhalisinin imtiyazlı mövqeyi XVIII əsrlərdə kənd əhalisinin etirazlarına səbəb olur və onlarda onlara qarşı etibarsızlıq yaradırdı.

Zamanla nisbətən uğurlu burjualar pulların köməkliyi ilə hakimiyyətə gəlirlər. Nəcib mənşəyə sahib olma XIX əsrdə əmlaka sahiblik ilə əvəz edilir. Beləliklə ilk kapitalistlər yaranır və işçi qüvvəsinin onların əməyini istismar edən varlı insanlara qarşı nifrəti artır. Bunun da nəticəsi olaraq, inqilabçılar bir az artıq pulu olan hər kəsi burjua adlandırmağa başlayır.

Maraqlıdır ki, keçmiş sovet məkanında “burjuaziya” sözündən danışıq dilində nə isə xarici, əcnəbi bir şeyi ifadə etmək üçün istifadə edirdilər.

Son xəbərlər
Digər xəbərlər