Burkina-Fasoda ingilis və fransız dilləri işgüzar dillər kimi müəyyən edilərək milli dillərin rəsmi status təsbit edilib.
Bu barədə Qərbi Afrika dövlətinin Keçid Qanunverici Assambleyası konstitusiya dəyişikliyini qəbul edib.
Düzəliş sonucunda fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işgüzar statusu qazanır.
“Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın böyük diləyidir, hökumət də, xülasə, əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz”, – qəbul edilmiş sənəddə vurğulanıb.
Dəyişikliyə görə, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.
Qeyd edək ki, Burkina-Fasoda əhalinin təxminən 90 %-nin danışdığı 60-dan çox milli dil var. Onlardan ən çox yayılmışları mur, diula, bissa, daqara, fulfulde, qurmançemadır.