23 C
Baku
Tuesday, April 23, 2024

Biznes Qrupu daxilində Mütəxəssis – PASHA Holding

 

PASHA Holding Biznes Qrupu daxilində Mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• PAŞA Holdingə daxil olan bankların və/və ya sığorta şirkətlərinin Azərbaycanda və xaricdə fəaliyyətləri haqqında müntəzəm hesabat əsasında fasiləsiz monitorinqinin aparılması və  fəaliyyətin istiqamətləri, eyni zamanda həmin fəaliyyət ilə bağlı olan risklər və ya hər hansı digər məsələlər haqqında Biznes Qrupunun direktorunun məlumatlandırılması;
• Müşahidə Şurasının və/və ya Müşahidə Şurasına hesabat verən komitələrin qərarlarının banklarda və/və ya sığorta şirkətlərində vaxtında həyata keçirilməsini təmin etmək  məqsədilə banklar və/ və ya sığorta şirkətləri ilə qarşılıqlı əlaqə;
• Müxtəlif layihələr/qərarlar/metodologiyaların PAŞA Holdingə daxil olan banklara və/ və ya sığorta şirkətlərinə  uyğun səviyyədə qurulması və həyata keçirilməsi məqsədilə Holdingdaxili funksional Qruplar ilə (məsələn, Maliyyə, Risklərin idarəedilməsi, HR, Audit, İT, PMO)  qarşılıqlı  əməkdaşlığın həyata keçirilməsi;
• Bankların və/ və ya sığorta şirkətlərinin biznes ehtiyaclarına təsir göstərə biləcək potensial dəyişikliklər üçün bankların və/ və ya sığorta şirkətlərinin bank sektoru və tənzimləyici orqanların monitorinqi;
• Biznes qrupunun direktoru tərəfindən verilmiş tapşırıqlar əsasında tələb olunan xüsusi təhlillərin aparılması;
• Holdingə daxil olan bankların biznes planlarının və büdcələrinin keyfiyyətli və zamanında hazırlanmasının təmin edilməsi;
• Biznes Qrupu direktorunun göstərişlərinin/birgə qərarların (SA və ya Funksional qrupların rəhbərliyi ilə birgə) mütəmadi qaydada icrası və gecikmələr və ya uyğunsuzluqlar yarandığı halda Biznes Qrupu direktorunu məlumatlandırmaq yəni Biznes Qrupu direktoru üçün layihə meneceri funksiyasının yerinə yetirilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Maliyyə/ Biznesin idarəedilməsi sahəsində Bakalavr dərəcəsi;
• Bankçılıq və ya sığorta sahəsində 3-4 il peşəkar təcrübə;
• Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
• Güclü ünsiyyət və təqdimat bacarıqları;
• CFA üzrə (3-cü dərəcə) üstünlükdür;
• İngilis, Azərbaycan və Rus dillərində mükəmməl bilik;
• MS Office proqramlarının (Excel, PowerPoint, Word) mükəmməl bilik səviyyəsi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Biznes Qrupu daxilində mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 27 avqust, 2017-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər