3 C
Baku
Saturday, December 14, 2024

Business Insider: Windows ölüb, qatili isə Google-dur

Bu yaxınlarda Nokia şirkətinin bəzi xidmətlərini əldə edən Microsoft şirkətinin gələcək taleyi ilə bağlı müzakirələrə Business Insider-də qoşuldu. Business Insider hesab edir ki, Microsoft şirkəti artıq yoxdur və ondan geriyə sadəcə xatirələr qalıb.

Nokia ilə olan müqavilənin şərtlərinə inansaq, Misrosoft şirkəti bundan sonra ən yaxşı cihazlar istehsal edəcək. Bundan əlavə, şirkət öz əməliyyat sistemini digər istehsalçılara satmaq niyyətindədir. Lakin bundan heç nə alınmayacaq.

Business Insider-in yazdığına əsasən, artıq Windows ölüb, qatili isə pulsuz əməliyyat nəhəngi olan Googledur. Mobil qurğu istehsal edən istənilən istehsalçı ondan istifadə edə və dəyişdirə bilər. Nokia satılan hər qurğu üçün Microsoft şirkətinə 10 dollar ödəyirdi. Lakin Android-dən istifadə edən smartfon istehsalçıları heç bir pul ödəmir və böyük adaptasiya imkanına malik sistemə malikdirlər. Buna görə də onlar hətta Instagram-ı belə “həzm etməyən” Windows-u seçmirlər.

Bu səbəbdən də Nokia şirkətinin alınması Windows-un müstəqil biznes kimi fəaliyyət göstərməsinin sonu deməkdir. Microsoft ya Apple, ya da Google şirkətinin yolu ilə gedə bilərdi. Ya yeganə və unikal bir məhsul yaradıb sata, ya da istənilən qurğu tərəfindən dəstəklənən platforma yarada bilərdi. Lakin o bunu etmədi və Windows artıq məhv olub, bunu isə Android etdi!

Son xəbərlər
Digər xəbərlər