16 C
Baku
Thursday, April 25, 2024

“Buta Airways”ə məxsus Ukraynaya uçmalı olan nasaz təyyarə yenisi ilə əvəz olunub

Bu gün Bakıdan Lvova (Ukrayna) uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə yenisi ilə əvəz olunub.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski  bildirib ki, təyyarə qarşıdakı 1 saat ərzində Ukraynaya yola düşəcək: “Artıq həmin təyyarə yenisi ilə əvəz olunub və plan üzrə 10:45-də Ukraynaya yola düşəcək”.

Xatırladaq ki, Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib. “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Ümumilikdə 1,5 saat ərzində problemin aradan qaldırılmasına cəhdlər olunsa da, heç bir nəticə əldə olunmayıb. Sərnişinlərin başqa təyyarəyə köçürülmələri qərara alınıb.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər