31 C
Baku
Saturday, July 20, 2024

“Buta Airways” Bakı-Tbilisi-Bakı reyslərini dayandırdı

Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.

Şirkətdən  daxil olan məlumatda deyilir ki, qərar martın 24-dək qüvvədədir.

Yuxarıda qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.

Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası ilə əlaqədar, sərnişinlər bütün ləğv olunmuş istiqamətlər üzrə aviabiletləri geri qaytara və ya dəyişdirə, fəaliyyətdə olan istiqamətlər üzrə isə aviabiletləri dəyişdirə bilərlər. Daha ətraflı məlumat, həmçinin biletlərin geri qaytarılması proseduru aviaşirkətin saytında yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər