13 C
Baku
Friday, November 22, 2024

“Buta Airways” Bakıdan Kazan və Ufaya uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” bu ilin mart ayında Rusiyanın daha iki şəhərini uçuş marşrutları xəritəsinə daxil edəcək.

Bu barədə AZAL xəbər verir.

Məlumata görə, Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Kazan və Ufa şəhərlərinə xüsusi reyslər həyata keçiriləcək. Uçuşlar hər iki istiqamətdə həftədə iki dəfə yerinə yetiriləcək. Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlara martın 16-da başlanılacaq, həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlara isə martın 17-də başlanılacaq, həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

 

Son xəbərlər
Digər xəbərlər