14 C
Baku
Thursday, April 25, 2024

“Buta Airways” “Jukovski” hava limanına uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi “Buta Airways” gələn ay Bakıdan Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edəcək.

Bu barədə “Buta Airways”dən bildirilib.

Məlumata görə, aviareyslər iyulun 1-dən həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək.

“Buta Airways”in Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir. Biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.

Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/azerbaijan.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər