15 C
Baku
Friday, April 26, 2024

“Buta Airways” S.Ərəbistanın iki şəhərinə avia reys açır

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi “Buta Airways” aviaşirkəti Səudiyyə Ərəbistanın paytaxtı – Ər-Riyada və Dammama şəhərlərinə reyslər həyata keçirəcək.

Bu barədə Banker.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski vurğulayıb ki, sentyabrın 18-dən etibarən Səudiyyə Ərəbistanın paytaxtı – Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri – Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək.

buta airways
Buta-nın təyyarəsi

Onun sözlərinə görə, yeni istiqamətlərin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək: “Yaxın gələcəkdə “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır”.

Xatırladaq ki, “Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər