10 C
Baku
Thursday, December 12, 2024

“Buta Farm”a məxsus aptekdə nöqsanlar aşkarlandı

Agentlik əməkdaşları tərəfindən İsmayıllı şəhəri, Axundov küçəsində fəaliyyət göstərən “Buta Farm” MMC-yə məxsus aptekdə planlı yoxlama aparılıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, rəflərin təmizliyinə nəzarətin zəif olduğu və üzərinin toz qatı ilə örtüldüyü, bir sıra bioloji aktiv qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışa çıxarıldığı müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyyətə cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər