İdarə Heyətinin sədri Abbas Babayev işdən azad edilib. A. Babayev açıqlamasında bildirib ki, onun işdən azad olunması başqa işə keçidlə əlaqədardır.
“Sentyabrdan artıq başqa işə keçirəm. Ona görə də, 1-2 ay əvvəlcədən “Buta Sığorta” ilə yollarımı ayırdım”, – deyə o bildirıb. A.Babayev həmçinin bildirib ki, İdarə Heyəti sədri vəzifəsinə Qənbər Suvanverdiyev təyin edilib. Q. Suvanverdiyev bundan əvvəl şirkətin Direktorlar Şurasının üzvü olub.