13 C
Baku
Friday, February 13, 2026

Butanın bitkoin ehtiyatı iki ayda $200 milyon azalıb

Himalay krallığı Butanın kriptovalyuta ehtiyatı son iki ay ərzində dəyər baxımından 200 milyon dollardan çox azalıb. Dünən ehtiyatdan növbəti bitkoin partiyası çıxarılıb və son üç həftə ərzində vəsait axını davam edir.

Bitkoinlər dövlət fondu olan “Druk Holding & Investments”ə məxsus kripto-pul kisəsində saxlanılır. Ölkə kriptovalyutanı yerli su elektrik stansiyalarında fəaliyyət göstərən mayninq fermaları vasitəsilə əldə edir.

Hazırda krallığın pul kisəsində 5,6 min bitkoin (təxminən 375 milyon dollar dəyərində) saxlanılır. Son sutka ərzində buradan daha 100 BTC (6,77 milyon dollar məbləğində) ticarət şirkəti QCP Capital-a köçürülüb.

Kriptovalyutanın platformalara köçürülməsi mütləq satış demək deyil, lakin Butan daha əvvəl də ehtiyatlarının bir hissəsini vaxtaşırı satdığını təsdiqləyib. Məsələn, 2025-ci ilin iyulunda bitkoinin qiyməti 120 min dollardan yuxarı qalxdıqda, həmçinin 2024-cü ilin sonunda — bitkoin ilk dəfə 100 min dollara çatanda oxşar addımlar atılıb.

Son xəbərlər
Digər xəbərlər