8 C
Baku
Sunday, November 17, 2024

“Bütün diqqət formal məşğulluğun təmin edilməsinə yönəldilib” – Nazir

“Əvəzetmə əmsalı ən mühüm indikatordur”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Azərbaycanın ən yaxşı göstəricisi minimumlardadır: “Son 3 ildəki 3 sosial islahat paketi ilə Prezident bütün resursları ən aşağı gəlirli insanlara yönəltdi. Median pensiyamız da yaxşıdır, 60 %-in üzərindədir. Bütün strateji sənədlərimizdə də bu prioritetlərin qorunması məsələsini hədəf kimi qarşımıza qoymuşuq!.

Nazir əhalinin yaşlanması probleminə diqqət çəkib: “əhalinin yaşlanması İLƏ BAĞLI demoqrafik akutar hesablamaları həm özümüz hazırlamışıq, həm də məşhur beynəlxalq akademikləri cəlb edərək 2050-ci ilə qədər hesablamışıq. bu hesablamalara əsasən, 2035-ci ilə ilə qədər çətinlik yoxdur. 2035-2045-ci illərdə yaşlanma başlayır. 2045-ci ildən sonra isə çağırış başlayır. Bu hesablamalar pensiya sisteminin dayanıqlığına təminat verir. Biz bu illər ərzində formal məşğulluğu təmin etməliyik. Ona görə bütün fokus formal məşğulluğun təmin edilməsinə yönəldilib”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər