Hamı Rolls Royce avtomobilim emblemini yaxşı tanıyır, çoxları yəqin ki, sovet “Volqasının” kapotu üzərində əyləşən ceyranı da unutmayıb. Lakin onlar lüks avtomobillərin kapotlarını bəzəyən yeganə emblemlər deyil. Sizə ən maraqlı və yadda qalan avtomobil emblemlərindən bəzilərini təqdim edirik.
“Spirit of Ecstasy – bu sanki heyranlıq ruhu, möhtəşəm balaca ilahədir, o sürəti özü üçün dünyanın ən başlıca həzi olaraq seçmiş və Rolls Royce-un qabaq kapotu üzərində öz titrək geyimlərinin zərif qatlarında pıçıldayan küləyin nəğməsindən zövq alaraq qanadlanır” … 1991-ci ildə rəssam Çarls Sayks yaratdığı əsəri məhz belə təsvir edirdi.
Növbəti yüz illikdə hər yeni Rolls Royce növbəti bir sensasiyaya, öz dövrünün ən müasir texnoloji nailiyyətinə çevrilirdi. Yeganə dəyişməz qalan isə avtomobil kapotu üzərində özünə yer eləmiş qanadlanan qadın fiquru idi.
2010-cu ildə bahalı Bentley avtomobilləri istehsalçısı ekspertlə ilə müxtəlif konsultasiyalar həyata keçirdikdən sonra bütün dünya üzrə 600 yaxın modelin geri çağırılması barədə qərar qəbul etmişdir. Səbəb isə yol-qəza hadisəsi zamanı emblem avtomobil gövdəsinin tərkinə daxil etməli olan mexanizm işləməyə bilərdi, bu isə qəza zamanı piyadalar daha ağır xəsarət yetirəcəkdir. Qeyd edək ki, kompaniyanın emblem uçan “B” hərfi şəklindədir. Bu zaman bütün dünya üzrə Arnage, Brooklands və Azure modelindən olan 596 model geri çağırıldı.