17 C
Baku
Thursday, May 2, 2024

Bütün dövrlərin ən yüksək IQ-lü insanı

Yəqin ki, bu şəxsin ətrafındakı insanlar özünü onunla bir mühitdə olduqda çox axmaq hiss edirlər. Bəs nəyə görə? Çünki Kim Unq Yen-in sahib olduğu IQ səviyyəsi 210-a bərabərdir və bu özlüyündə dünya rekordu hesab edilir.

Kim 1963-cü ildə Seulda anadan olub və inanılmaz dərəcədə geniş miqyaslı intellektə sahib idi. O 6 aylığında danışmağa başlamış, 3 yaşında isə yapon, koreya, alman, ingilis və digər dillərdə oxumağı öyrənmişdi.

Bundan 1 il keçdikdən sonra isə Kim ingilis və alman dillərində 2000 söz bilirdi və bu dillərdə şeir və qısa hekayələr yazmağa başlamışdı. Bu dahi insan 4 yaşa sahib olduqda IQ test sınağından 200 bal toplamışdı. Adətən bu test 7 yaşlı uşaqlar üzərində sınaqdan keçirilir. Kim 2007-ci ildən etibarən Koreyada inşaatçı-mühəndis vəzifəsində işləyir.

Qeyd edək ki, 1990-cı ildə Ginnesin rekordlar kitabından “Ən yüksək IQ-lü insan” kateqoriyası silinmişdir. Buna səbəb isə, IQ testlərin vahid bir yüksək intellektli insanı təyin etmək üçün kifayət qədər təkmilləşmədiyini hesab etmələridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər