10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Bütün dünya üzrə neft bazarında hazırda böhrandır”

Ötən gün dünya neft bazarındakı qəfil çalxalanma və ABŞ neftinin kəskin ucuzlaşması dünyada böyük təsir yaratdı. Qlobal neft bazarı üçün bu cür çalxalanmalar nadir hadisə olmasa da, baş verənlərin səbəbi maraq doğurur.

Martın əvvəlində OPEC+ ölkələri arasında razılaşmanın əldə olunmaması nəticəsində neft kəskin ucuzlaşdı və bu prosesdə daha çox Rusiyanın zərər gördüyü və bunun Rusiyanı zəiflətməyə yönəlmiş bri plan olması ilə bağlı rəylər meydana çıxdı.

Ötən günkü hadisə isə ABŞ-ın ciddi zərər görməsi ilə müşayiət olundu. Bu isə fərqli yozumlara səbəb oldu.

Neft birjalarındakı son vəziyyət və bu hadisələrin gerçək səbəbləri nələrdir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert İlham Şabanlı açıqlama verib. O, bildirib ki, bu yalnız ABŞ bazarı üçün xarakterik olmadı. Dünən Avropada London birjasında brend markalı neft 28 faiz dəyərini itirdi. Ondan əvvəl 27 dollara yaxın bir həddə ticarət edilirdisə, dünən ilk dəfə 18 dolardan aşağı, daha dəqiq desək 17 dollar 95 sentə satıldı. Yəni, bütün dünya üzrə neft bazarında hazırda böhrandır. Bu böhranın bir neçə səbəbi var ki, bu da neftin bazara təklifinin tələbdən çox olmasıdır. Buna görə də neft kəskin ucuzlaşır və dəyərini itirir. Bunun hər hansı bir ölkəyə qarşı istiqamətləndirilməsi, ölkələr arasındakı müharibələrə və bu kimi faktorlara bağlanması doğru deyil. Təbii ki, əgər söhbət qlobal bazardan gedirsə.
Müharibələrdə rəqib var və bütün həmlələr ona qarşıdır, o isə sənin həmlələrini dəff edir. Bu gün biz o vəziyyəri bazarda görmürük”.

İqtisadçı-ekspert qeyd edib ki, dünyda hasilata görə üç qlobal oyunçu var:

“Bunlar ABŞ, Rusiya və daha sonra Səudiyyə Ərəbistanıdır. Vəziyyətin qiymətləndirilməsində deyə bilərəm ki, xammal bazarının ümumilikdə çökməsi dövrü çatıb.
“Digər tərəfdən 10 ilin neft bazarının keçdiyi dövrə nəzər salsaq görərik ki, 2010-2012-ci illərdə neftin orta qiyməti 104 dolar, 2015-2019-cu illərdə neftin orta qiyməti 58 dollar olub, 2020-2024-cü illərdə isə neftin qiyməti təbii ki, bundan aşağı olacaq.Ən yaxşı halda neft 50 doların ətrafında və yaxud onun altında ola bilər. Yəni getdikcə biz bunu müşahidə edirik ki, qlobal əmtəə bazarında hansı ki, neft birinci yerdədir və bir ildə 4.5-4.8 milyard ton bundan dünya bazarında ticarət edilib, onun dəyəri getdikcə düşür. İqtisadiyyatı əmtəələrdən asılı olan ölkələr artıq əvvəlki yəni, 5 il, 10 il əvvəlki gəlirləri və bundan sonrakı 5 illikdə əldə etmək imkanında olmayacaqlar. Yəni məsələnin baxışı, fəlsəfəsi bundan ibarətdir”.

Son xəbərlər
Oxşar xəbərlər