Yeni il və Milad bayramı dostluq, ailə, dadlı yeməklər və hədiyyələr vaxtıdır. Bu zaman biz öz hisslərimizi və emosiyalarımızı ifadə edirik. Hər kəs kütlənin içindən seçilib öz individuallığını göstərmək istəyir. Bu vaxt qeyri-adi rekordların həyata keçdiyi vaxtdır.
Ən bahalı milad açıqçası
Təbii ki, milad açıqçasını briallintlarla və qiymətlə daşlarla bəzəmək olar, lakin dünyanın ən bahalı açıqçası tamamilə fərqlidir və onu qiymətli daşlar bəzəmir. Açıqça 1840-cı ildə rəssam John Calcott Horsley tərəfindən düzəldilmişdi. Bu ingilis centlmeni hədiyyə açıqçasını icad edən hesab edilir, buna görə onun şedevrinin qiyməti $28,000 təşkil edir.
Dünyanın ən bahalı şam ağacı
Bu yeni il şam ağacı o qədər də şam ağacı deyil, hətta ağac belə deyil. Lakin buna baxmayaraq təsiredici görsənir və bayram ab-havası bəxş edir. Hər il İtaliyada Gubbio şəhərciyinin sakinləri MountIngino dağının bir yamacını bəzəyirlər və ona şam ağacı forması verirlər. 12 milə yaxın elektrik naqilləri, minlərlə lampa bu yeni illuminasiyasını təşkil edir. Gubbionun sakinləri möhtəşəm yeni il ağacı ilə fəxr edir.
İtaliyalılar yeni il və bayram ab-havasını necə yaratmaq olduğunu yaxşı bilirlər.
Ən böyük yeni il hədiyyəsi
Ən böyük yeni il hədiyyəsi … Azadlıq Heykəli hesab edilir! Hər il ABŞ-a məhz bu heykələ tamaşa etmək üçün milyonlarla turist gəlir. Bu böyük yaşıl hədiyyə (lakin heykəlin ilkin rəngi yaşıl olmayıb) bir çox nəsillər üçün ümid təcəssümü olub və elə olaraq da qalır.
Fransa 1886-cı ildə ABŞ-a Azadlıq Heykəlini hədiyyə edir, bu heykəl hal-hazırda Ellis adasında yerləşir.
Yeni il ağacı üçün ən bahalı bəzəklər
Hər bir yeni il ağacının bəzəkləri olur. Rəngarəng parıltılı şarlar, girlyandlar bəzən yeni il ağacını bəzəmək üçün yetmir.
Axı bir çoxları təəssurat bağışlamaq istəyirlər və bunun üçün hər şey edir. 2002-ci ildə Tokioda zərgərlik butikinin sahibi yeni il ağacını 80-dən çox zinət əşyaları ilə bəzəmişdi. Bu zinət əşyalarının ümumi dəyəri 10,8 milyon dollar təşkil etmişdi. Bu rekordu Abu-Dabidəki yeni il ağacı təzələyə bilər. Hər halda bayram hədiyyəsi olaraq heç kəs bu cür bəzəkdən imtina etməzdi.
Dünyada ən böyük üzən yeni il ağacı
Ən böyük üzən yeni il şam ağacını görmək üçün Rio- de- Janeyroya getmək lazımdı. Burada RodrigodeFreitasda 3 milyon rəngarəng şam işıqları ilə bəzədilmiş 10 metrlik yeni il ağacını görmək olar. Bu bir çox insanların Yeni il tətillərində Braziliyyaa səyahət etməklərinə səbəb olur.
Santa Klaus fiqurlu suvenirlərin ən böyük kolleksiyası
Jean-GuyLaquerre-yə məxsus olan Santa Klausların böyük kolleksiyası milad personajlarının bütün pərəstişkarlarını təsirləndirə bilər. Kanadalı bir şəxs Santaya aidiyyatı olan hər şeyi çox sevir. O, uzun illər boyu kolleksiya toplayırdı. Bir çox nüsxələr xarici ölkələrdən gətirilib. Burda oyuncaqlar, heykəlciklər və Santanın rəsmi əks olunmuş sancaqlar var.
Ən çox satılan milad musiqi albomu
Məşhur estrada ifaçısı Bing Crosby-nin ‘WhiteChristmas’ albomu ən çox satılan albomu olmuşdur. Bu albom 1940-cı illərdə məşhur olur. Bütün dünyaya albomun 50 milyondan çox nüsxəsi satılmışdı. Bu albomdan mahnıları hər yerdə eşitmək olar: ticarət mərkəzlərində, kilsə xorlarında, radiostansiyalarda və hətta musiqi açıqçalarında belə.
Reord sayda Santa su xizəkləri (sörfinq)
Qeyri-adi və qəribə səslənir. Axı Santa Şimal qütbündə yaşayır! Bu rekordu Santa Klaus kostyumu geyinən bir qrup sörfçülər qoymuşdular. 2010-cu il Milad ərafəsində 19 sörfçü eyni anda Floridada dalğaları ram edirdilər.
Santa Klausların ən böyük miqyaslı yığıncağı
2007-ci ildə Şimali İrlandiyada Santa Klausların ən böyük miqyaslı yığıncağı baş vermişdi. 13 000-ə yaxın Santa Klauslar paradda iştirak etmişdilər. Bu rekordu Portuqaliya şəhərindən Portada keçirilən Santa Klausların paradı təzələmişdi. Orada 14 000 Santa Klaus şəhər küçələrinə çaxaraq xeyriyyəçiliyə pul toplayırdılar.
Ən böyük süni şam ağacı
Mexiko Siti bütün dünyanın ən böyük süni şam ağacının vətənidir. Milad möcüzəsinin uzunluğu 110 metrdir və o, Reforma Avenue üzərində ucalır.
Bəzən şən bayramlar bizə baha başa gəlir.