Dünya üzrə internet istifadəçiləri Skype serverlərinə qoşula bilmirlər. Twitter və digər sosial şəbəkələrdə bununla bağlı çoxsaylı şikayətlər də bu faktı təsdiqləmişdir.
Qeyd edək ki, bir çox istifadəçilər məlumatı qəbul edə bildikləri halda, onu göndərmək imkanından məhrum olmuşlar. Bu həm komputer, həm də mobil tətbiqetmələrdən istifadə edən istifadəçilər üçün keçərlidir. Mesaj göndərilməsi funksiyası şəxsi yazışmalarda olduğu kimi, qrup söhbətlərində də işləmir. Eyni zamanda isə, Skype-ın veb versiyası problemsiz olaraq mesaj göndərməyə imkan verir.