11 C
Baku
Tuesday, March 5, 2024

Bütün fənlər üzrə müəllimlərin MİQ üzrə vakansiya seçiminə başlanılıb

Bu gün saat 11:00-dan bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər