19 C
Baku
Bazar, Sentyabr 19, 2021

Bütün “MilliÖN” köşklərində “BakıKart”ın balansını artırmaq mümkün olacaq

Screen Shot 2021 09 02 at 14.34.20

“BakıKart” nəqliyyat kartlarının balansının artırılması xidməti bütün “MilliÖN” köşklərində əlçatan olacaq.

Bunu “Komtec” (“MilliÖN” ödəmə terminallarının operatoru) şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

Onun sözlərinə görə, hazırda paytaxtda avtobus dayanacaqlarında quraşdırılan “MilliÖN” kartomatların sayı 150-dən çoxdur.

“Kartomatların sayının az olması müştəriləri narahat etməsin. Bu problemin köklü şəkildə həll olunması istiqamətində “BakıKart”la birgə yeni layihə hazırlanır. Belə ki, mövcud olan bütün “MilliÖN” köşklərində “BakıKart” kartlarının balansının artırılması mümkün olacaq”, – deyə Ü. Əfəndiyeva qeyd edib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər