12 C
Baku
Sunday, November 17, 2024

Bütün ölkələr “Tək saat rejimi”nə keçirlər

Bütün ölkələr vahid saat rejimində qalması üçün hazırlanan layihə qəbul olunub.

 Avropa Parlamentində Avropa Birliyinə üzv ölkələrin “Tək saat rejimi”nə keçirilməsi ilə bağlı layihəni imzalayıb , layihə 23 səs leyhinə, 11 səs isə əleyhinə olmaqla qəbul olunub.

Layihənin qanuni şəkildə qüvvəyə minməsi üçün Avropa Şurası Parlament Assambleyasının və üzv ölkələrin də səsverməsinin vacib olduğu vurğulanıb.

Qeyd edək ki, Avropa Birliyinə (AB) üzv ölkələrdə hər ilin martın son bazar günündə saatlar 1 saat önə, oktyabrın son bazar günündə isə 1 saat geriyə çəkilir.

Xatırladaq ki, ötən il AB-yə üzv ölkələrin yaz və qış saatı ilə bağlı təşkil etdiyi sorğuda iştirak edən 4.6 milyonun 84 faizi tək saat rejimində qalmanın tərəfdarı olduqlarını qeyd etmişdilər.




Son xəbərlər
Digər xəbərlər