13 C
Baku
Saturday, November 23, 2024

Bütün qazaxıstanlılara 300 dəqiqə pulsuz telefon danışığı veriləcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə bütün qazaxıstanlılara pulsuz olaraq 200 SMS və 300 dəqiqə telefon danışığı veriləcək.

Banker.az xəbər verir ki, “Bütün qazaxıstanlılar Kasım-Jomart Tokayevin göstərişi ilə pulsuz 200 SMS və 300 dəqiqə telefon danışığı alacaqlar”, – deyə mesajda bildirilir.

Qeyd edək ki, yeni ilin ilk günlərindən Qazaxıstanda etiraz aksiyaları başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Yanvarın 4-ündə hökumət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətini aşağı salınmasına hazır olduğunu bəyan edib. Buna baxmayaraq, digər şəhərlərdə də etirazlar başlayıb.

Yanvarın 5-ində səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin əvvəllər respublikanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rəhbəri olacağını açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirlər təklif edib. Təhlükəsizlik Şurasının iclasında Tokayev bildirib ki, o, KTMT-dən “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tezliklə Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər