28 C
Baku
Saturday, July 27, 2024

Bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə yeni təyinat olub

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Arif Hüseynov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə O, Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, V.Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.

Son xəbərlər
Digər xəbərlər