21 C
Baku
Tuesday, October 8, 2024

“Bütün sanksiyalar ləğv edilərsə, müharibəni dayandıracağıq” – Lavrov

“Rusiya Moskvaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Newsweek” jurnalına müsahibəsində bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin Kiyev qarşısındakı digər tələblərini də xatırladıb. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması və bu bölgələrin Rusiya ərazisi kimi tanınması haqqında məlumatı bir daha təkrarlayıb. Bundan əlavə, o, Putinin Ukraynanın bloklara qoşulmamaq və nüvəsiz statusunun möhkəmləndirilməsini, habelə ölkənin demilitarizasiyasını və denazifikasiyasını tələblərini sadalayıb.

“Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verdi. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər altında bizim Ukraynadan gələn təhdidlər aradan qaldırılana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur”, – deyə Lavrov bildirib.

Son xəbərlər
Digər xəbərlər