15 C
Baku
Friday, March 29, 2024

“Bütün sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmaması riski qalır”

“Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də qeyri-büdcə sektorunda fəaliyyət göstərən bütün sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmaması riski mövcuddur”.

Report agentliyi xəbər verir ki, bu barədə Hesablama Palatasının açıqlamasında bildirilir.

“Buna səbəb kimi, əsas etibarilə, təsərrüfat subyektlərinin məcburi dövlət sosial sığortasına “maraqlarının” lazımi səviyyədə olmaması nəticəsində əmək haqqı gəlirlərinin gizlədilməsi ilə müvafiq ödəmələrdən yayınması göstərilə bilər. Sığortaolunanlara ödənilən faktiki əmək haqlarının rəsmiləşdirilməsi məsələsi də hələ ki öz aktuallığını saxlamaqdadır. Müvafiq qanunvericiliklə sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması tədbirləri də Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun bu istiqamətdə zəruri nəzarət fəaliyyəti aparmasını mümkünsüz edib. Müvafiq qanunvericiliklə məcburi dövlət sosial sığortası sahəsində inzibatçılıq və idarəetmə fəaliyyətinin vergi orqanlarına verilməsi qeyd edilən riskin minimuma endirilməsi istiqamətində əhəmiyyətli addım sayıla bilər. Belə ki, vergi orqanlarında əmək haqqı fondları və işçi sayı barədə elektron hesabatvermə, məlumat mübadiləsi və idarəetmə fəaliyyətinin daha zəngin keçmişi və illərin təcrübəsi mövcuddur. Vergi orqanlarının nəzarət imkanlarının genişliyi də bu sahədə nöqsan və çatışmazlıqların aradan qaldırılmasında yardımçı ola bilər”, – deyə qurum bəyan edib. 

Son xəbərlər
Digər xəbərlər