26 C
Baku
Saturday, July 27, 2024

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb

Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Banker.az-ın məlumatına görə, sərəncamla əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər
Digər xəbərlər