BVF: 2021-ci ildə Azərbaycanın dövlət borcu ÜDM-in 20%-ni təşkil edəcək

Hazırda Azərbaycanın 2021-ci ildə ümumi dövlət borcunun ÜDM-yə nisbətinin 20% səviyyəsində proqnozlaşdırırıq.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

O əlavə edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin “World Economic Outlook” adlı hesabatında açıqlanacaq.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanın ümumilikdə xarici dövlət borcu 8 821,5 mln. dollar və ya ÜDM-in 20,7%-ni, ümumi dövlət borcu isə 9,964 mlrd. dollar və ya ÜDM-in 23,4%-nə bərabər olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.