8 C
Baku
Friday, March 29, 2024

BVF 2023-cü ildə böhran səbəbindən Avropa, Rusiya və Ukrayna iqtisadiyyatlarının itkilərini açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Avropa ölkələrinin iqtisadiyyatlarının artımı ilə bağlı proqnozunu aşağı salıb. Banker.az xəbər verir ki, barədə fondun Avropa departamentinin direktoru Alfred Kammer bildirib.

BVF-nin yeni hesablamalarına görə, inkişaf etmiş Avropa ölkələrində ÜDM-in artımı 2022-ci ildəki 3.2%-dən 2023-cü ildə 0.6%-ə qədər azalacaq. Bu, iyulda proqnozlaşdırılandan bir faiz bəndi azdır. Kammer qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdə də artım 2022-ci ildəki 4.3%-dən 2023-cü ildə 1.7%-ə kimi kəskin azalacaq. Avropada inflyasiya tədricən azalmağa doğru gedəcək, lakin gələn il mərkəzi bankların hədəf dəyərindən xeyli yüksək olacaq.

Fond hesab edir ki, böhranla mübarizə aparmaq üçün Avropa mərkəzi bankları uçot faiz dərəcəsini artırmağa davam etməli və daha sərt pul və fiskal siyasət tətbiq etməlidirlər.

Hazırkı böhran Rusiya qazının Avropaya tədarükünün kəskin azalması ilə bağlıdır: 2021-ci illə müqayisədə tədarük 80% azalıb. Kammerin sözlərinə görə, enerjinin qiyməti kəskin şəkildə artıb və çətin ki, Rusiyanın müharibəyə başlamasından əvvəlki səviyyəyə qayıtsın.

BVF həmçinin münaqişənin bilavasitə tərəfləri olan Rusiya və Ukrayna üçün məyusedici proqnoz verib. Ona əsasən, hər iki ölkənin itkiləri “çox böyük” olacaq: 2023-cü ildə Ukraynanın ÜDM-si üçdə birdən çox azalacaq, Rusiyanın ÜDM-si isə müharibədən əvvəlki səviyyədən 10% aşağı olacaq.

Son xəbərlər
Digər xəbərlər