Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2029-cu ilə kimi valyuta ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb.
Bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.
Fond qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-in birgə ehtiyatları 2023-cü ilin oktyabr ayına qədər təxminən 55,5 milyard dollara çatıb.
BVF hesab edir ki, 2024-cü ildə təkcə Fondun valyuta ehtiyatları 52,8 mlrd. dollara, 2025-cı ildə isə 53,2 mlrd. dollara çatacaq. 2026-ci ildə bu rəqəm 53,4 mlrd., 2027-ci ildə 53,7 mlrd., 2028-ci ildə isə 54,4 mlrd. ABŞ dollarına yüksələcək.