15 C
Baku
Thursday, November 13, 2025

BVF: ABŞ-də şatdaun ölkənin iqtisadi artımına mənfi təsir göstərib

Beynəlxalq Valyuta Fondu (IMF) hesab edir ki, ABŞ-da hökumətin qismən fəaliyyətinin dayanması (şatdaun) ölkənin 2025-ci ilin dördüncü rübündə ÜDM artımına mənfi təsir göstərib.

Bu barədə fondun rəsmisi Culi Kozak jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə bildirib.

“Şatdaunla bağlı olaraq gözləyirik ki, 2025-ci ilin dördüncü rübündə ABŞ iqtisadi artımı əvvəlki proqnozlarımızdan daha aşağı olacaq” – deyə Kozak qeyd edib.

O əlavə edib ki, 2026-cı ilin birinci rübündə qismən bərpa effekti gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər