28 C
Baku
Sunday, July 21, 2024

BVF ABŞ-ın vergi islahatının bütün dünyada tətbiq olunmasını tövsiyə edib

Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən yayılmış açıqlamada göstərilir ki, Amerika Birləşmiş Ştatlarında 2017-ci ildə başlanmış vergi islahatları onu tətbiq edən ölkələr üçün öz rəqibləri üzərində nəzərəçarpacaq üstünlüklər yaradır. Fond ekspertləri ölkə xaricindəki gəlirləri vergidən azad edən bu islahata son dərəcə ehtiyatla yanaşmaqla yanaşı, onun dünyanın bütün böyük dövlətlərində eyni zamanda aparılmasını effektiv hesab edirlər.

BVF-nin Araşdırmalar Departamentinin apardığı son tədqiqatda gəlir vergisinin ümumi sistemindən yerli və qlobal səviyyələrdə daxili pul axınlarına keçidin böyük dövlətlərin və ümumilikdə dünya iqtisadiyyatına təsirləri modelləşdirilib. Bu, qeyd olunan mövzu ilə bağlı dünyanın iri beynəlxalq təşkilatları və mərkəzi bankları arasında ilk təşəbbüsdür.

Son xəbərlər
Digər xəbərlər