17 C
Baku
Saturday, October 18, 2025

BVF: ABŞ və Çin arasındakı ticarət müharibəsi qlobal iqtisadi artımı zəiflədə bilər

Beynəlxalq Valyuta Fondunun (BVF) Asiya-Sakit Okean regionu üzrə departament rəhbəri Krişna Şrinivasan bildirib ki, ABŞ və Çin arasında artan iqtisadi gərginlik bütün dünya iqtisadiyyatının artım tempinin azalmasına səbəb ola bilər.

O, Bloomberg TV-yə müsahibəsində deyib:

“Hesabatımızda mümkün mənfi ssenarini nəzərdən keçirmişik — bu, gömrük rüsumlarının artırılmasının və təchizat zəncirlərinin pozulmasının potensial təsirinə əsaslanır. Qlobal iqtisadi artım üzrə əsas proqnozumuz gələn il üçün 3,1%-dir. Əgər bu risklər reallaşarsa, artım tempi 0,3 faiz bəndi az ola bilər”.

ABŞ prezidenti Donald Tramp isə daha əvvəl bəyan etmişdi ki, Vaşinqton noyabrın 1-dən etibarən və ya daha tez Çinə qarşı gömrük rüsumlarını 100% artırmağı və proqram təminatına ixrac nəzarəti tədbirləri tətbiq etməyi planlaşdırır. Daha sonra o, ABŞ-nin artıq Çinlə ticarət müharibəsi vəziyyətində olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər