9 C
Baku
Friday, December 13, 2024

BVF: AMB-nin ehtiyatları 2020-ci ilədək $6,7 mlrd.-a çatacaq

Beynəlxalıq Valyuta Fondu (BVF) 2018-2019-cu illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.

Banker.az bildirir ki, BVF-nin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yenilənmiş regional icmalında əks olunan proqnozlara görə, 2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6,2 mlrd. təşkil edəcək.

Qeyd edək ki, öncə BVF may aynda 2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatlarının $6,5 mlrd.-a qədər artımını proqnozlaşdırıb.

BVF-nin proqnozlarına əsasən, 2019-cu ildə bankın ehtiyatları $6,7 mlrd.-a qədər artacaq (may ayının proqnozu – 7 mlrd.).

Hesabata əsasən, 2018-ci ilin yekunları üzrə AMB-nin ehtiyatları 3,8 ay ərzində, 2019-cu ildə isə 4,1 ay ərzində idxal xərclərinin ödənilməsi üçün kifayət olacaq.

31 oktyabr 2018-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları $5,54 mlrd.-a yaxın təşkil edir.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər