Beynəlxalq Valyuta Fondu (BVF) Asiyada iqtisadi böyümənin 60 il ərzində ilk dəfə dayanacağını proqnozlaşdırır. Qeyd edildiyi kimi, bunun əsas səbəbi sürətlə yayılna koronavirus pandemiyasıdır.
Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.
Fond koronavirusla mübarizə tədbirləri uğurlu olduğu təqdirdə. gələn il Asiya iqtisadiyyatının 7,6% artacağını gözləyir.
Çin iqtisadiyyatı, gözləndiyi kimi, cəmi 1,2% artacaq. Xatırladaq ki, yanvar ayında mütəxəssislər bu göstəricinin 6% olacağını proqnozlaşdırmışdılar.
Bölgədəki səlahiyyətlilər, pandemiyadan ən çox təsirlənən ev təsərrüfatlarına və şirkətlərə dəstək verməli olduqlarını söyləyirlər. Fond da həmçinin bazarlarda likvidliyi təmin etmək, o cümlədən kiçik və orta sahibkarlığın üzləşdiyi maddi sıxıntıları azaltmaq üçün səy göstərməyə çağırıb.
Daha əvvəl BVF 1930-cü illərin “Böyük depressiya” sından bəri ən pis tənəzzül proqnozlaşdırmışdı.