10 C
Baku
Saturday, November 23, 2024

BVF Avropa üçün rekord qaz və elektrik qiymətləri proqnozlaşdırır

Yığılmış yanacaq ehtiyatlarına malik Avropa qarşıdan gələn qışa tab gətirə bilər, lakin gələn il region yenidən təbii qaz və elektrik enerjisi üçün rekord qiymətlərin yaranması riski ilə üzləşə bilər.

BVF baza ilkin proqnozlarında qış üçün hazırlanmış ehtiyatların kifayət qədər olmasına əsaslanmaqla yanaşı, həm də anomal soyuq havanın Rusiyadan qaz tədarükünün tamamilə dayandırılması ilə birləşməsinin ekstremal ssenarisini də istisna etmir.

Belə olan halda, onların hesablamalarına görə, avropalılar yanacaq sərfiyyatını 6% azaltmaq imkanları axtarmağa məcbur olacaqlar ki, bu da ən həssas ölkələr üçün baza proqnozla müqayisədə ÜDM-in təxminən 3% itkisi ilə nəticələnir.

“Ancaq yığılmış təbii qaz ehtiyatları Avropaya 2022-23-cü illərin qışını keçirməyə imkan versə belə, region yazda ehtiyatları artırmağa çalışacaq. 2023-cü ildə yenidən təbii qaz və elektrik enerjisi üçün 2022-ci ildə olan rekord yüksək qiymətlərə qayıdacaq”, – hesabatda bildirilir.

BVF bildirir ki, 2022-ci il sentyabrın ortalarına qədər Rusiya qazının Avropaya tədarükü illik ifadədə 80% azalıb, Bolqarıstan, Danimarka, Finlandiya, Almaniya, Litva, Niderland və Polşa kimi ölkələrə isə ixrac tamamilə dayandırılıb.

BVF-nin hesablamalarına görə, yüksək enerji qiymətləri 2022 və 2023-cü illərdə Avropada yaşayış dəyərini müvafiq olaraq 7% və 9% artıracaq.

“Rekord yüksək elektrik enerjisi və təbii qaz qiymətləri, hətta neft və qaz idxalına daha az güvənən ölkələrdə belə ev təsərrüfatlarının böyük əksəriyyəti üçün əhəmiyyətli mənfi şokdur. Avropa ev təsərrüfatları üçün yüksək enerji qiymətləri 2022-ci ildə yaşayış dəyərini 7% artıracaq. 2021-ci ilə nisbətən 2023-cü ildə isə bu göstərici 9% təşkil edəcək”, – hesabatda qeyd edilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər