28 C
Baku
Sunday, June 26, 2022

BVF Azərbaycan üzrə proqnozlarını yaxşılaşdırıb

Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 2,4 azalacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda deyilir.

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq.

Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 3%-lik iqtisadi azalma, gələn il üzər isə 1%-lik artım proqnozlaşdırıb.

Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 12% və 9,5% olub.

2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6% olacağı gözlənilir.

APA

Son xəbərlər
Oxşar xəbərlər