5 C
Baku
Friday, March 29, 2024

BVF Azərbaycana missiya göndərəcək

Azərbaycan iqtisadiyyatındakı son prosesləri müzakirə etmək üçün Beynəlxalq Valyuta Fondunun (BVF) ölkədəki missiya rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-28-də Bakıda səfərdə olacaq.

Bu barədə BVF-nin Azərbaycandakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

Xatırladaq ki, 2019-cu ildə ölkədə 2 faizdən artıq, yəni son beş ilin ən yüksək iqtisadi artım baş verib. Strateji yol xəritələrinə əsasən, 2020-ci ildə 3 faiz səviyyəsində hədəflənən iqtisadi artımın 2021-ci ildə 3,7 faiz nəzərdə tutulur ki, bu da xeyli dərəcədə təbii qaz hasilatın artırılması hesabına əldə edilməlidir. Həmçinin 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə 3,2 faiz iqtisadi artım gözlənilir. 

Prezident İlham Əliyev ilin yekunlarına dair jurnalistlərlə söhbəti zamanı deyib: “Bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm ki, aparılan islahatlar, o cümlədən şəffaflıq sahəsində aparılan islahatlar bizə əlavə gəlir gətirdi. Beləliklə, vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürdülər. Yəni sırf şəffaflıq, dürüstlük, düzgün hesabatın aparılması və bu sahədə, inzibatçılıq sahəsində aparılan islahatlar sayəsində biz 1 milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə ki, sosial layihələrə yönəltdik”.

2019-cu ilin yanvar ayından Beynəlxalq Valyuta Fondunun Azərbaycan missiyasının rəhbəri kimi fəaliyyət göstərən Natalia Tamirisa həmçinin BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentində müşavirdir.

                                                                                                                   Report

Son xəbərlər
Digər xəbərlər