26 C
Baku
Thursday, July 18, 2024

BVF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF-IMF) 2023 və 2024-cü illər üzrə Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin (CCA OE) iqtisadi artım proqnozunu yeniləyib.

Fond bu il sözügedən üç ölkə – Azərbaycan, Qazaxıstan və Türkmənistanda real ümumdaxili məhsul (ÜDM) artımını 3.8%, 2024-cü ildə isə 4.1% proqnozlaşdırıb. 2022-ci il üzrə bu rəqəm 3.3% təşkil edib.

BVF qeyri-neft sektoru üzrə real ÜDM-in artımını 2023-cü il üzrə 3.4%, 2024-cü il üzrə isə 3.2% müəyyən edib. 2022-ci ildə CCA OE-nin qeyri-neft ÜDM-nin artımı 5.2%-ə bərabər olub.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bundan əvvəl ölkələr üzrə açıqladığı hesabatda isə Azərbaycanda iqtisadi artımı 2023-cü il üzrə 2.5% proqnozlaşdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər