27 C
Baku
Friday, July 19, 2024

BVF Azərbaycanın nominal ÜDM-i ilə bağlı proqnozlarını yaxşılaşdırıb

2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 145,008 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanın nominal ÜDM-i 122,901 milyard manat, 2023-cü ildə 126,319 milyard manat, 2024-cü ildə 129,278 milyard manat, 2025-ci ildə 133,279 milyard manat, 2026-cı ildə 138,358 milyard manat təşkil edəcək.

Eyni zamanda, Fondun proqnozlarına əsasən, Azərbaycanın qeyri-neft ÜDM-i 2022-ci ildə 68,463 milyard manat, 2027-ci ildə 108,479 milyard manata bərabər olacaq.

Qeyd edək ki, BVF-nin əvvəlki hesabatında Azərbaycanın nominal ÜDM-i 2022-ci ildə 93 milyard manat, 2023-cü ildə 95 milyard manat, 2024-cü ildə 98 milyard mana,t 2025-ci ildə 101,246 milyard manat səviyyəsində proqnozlaşdırılırdı.

 

 

Son xəbərlər
Digər xəbərlər